Macarıstan liderindən Brüsselə mesaj: Nəticəsiz və mənasız sammit
· 1 mənbə
Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) sammiti tamamilə mənasız və nəticəsiz olub.
Publika.az "TASS"a istinadən xəbər verir ki, bunu Macarıstanın baş naziri Peter Madyar bildirib.
Onun sözlərinə görə, sammitdən sonra Aİ-nin büdcəsi ilə bağlı Avropa ölkələrinin mövqeləri daha da fərqlənib. Tərəflər arasında kompromis əldə olunmadığından liderlər dekabrın 16-da yenidən Brüsseldə görüşmək barədə razılığa gəliblər.
Madyar qeyd edib ki, Aİ-nin yeddiillik büdcə layihəsi ilə bağlı müzakirələr Milad bayramına qədər davam edəcək. Laki o, ilin sonunadək razılıq əldə olunacağını düşünmədiyini vurğulayıb.
Müəllif: Roza
Mənbə: Publika.az · 27.11.2026, 17:18 · orijinal məqalə