Məmurlar hərbi bazalara köçdü

· 1 mənbə

ABŞ administrasiyasının 6 üzvü şəxsi təhlükəsizliklərinə dair narahatlıq səbəbindən mühafizə olunan hərbi obyektlərə köçüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, bu, tarixən yüksək göstərici hesab olunur, çünki ABŞ Prezidenti Donald Trampın sələflərinin dövründə məmurlar nadir hallarda hərbi bazalarda yaşayırdılar.

Hərbi bazalara köçənlər arasında maliyyə naziri Skott Bessentin, ədliyyə naziri Todd Blanşın, Ağ Evin aparat rəhbəri Stiven Millerin, Dövlət katibi Marko Rubionun və Pentaqon rəhbəri Pit Heqsetin olduğu bildirilir.

İddialara görə, məmurlar xarici təhdidlərdən və siyasi zəmində daxili zorakılıqdan ehtiyat etdikləri üçün bu addımı atmalı olublar.

Mənbə: Qafqazinfo · 28.11.2026, 10:17 · orijinal məqalə

Bu barədə kim yazır

Qafqazinfo Məmurlar hərbi bazalara köçdü

Qafqazinfo saytında oxu