Rusiya səfirliyi Moldovada təxribat hazırlandığını iddia edib
· 1 mənbə
Rusiyanın Moldovadakı səfirliyi yaxın günlərdə rəsmi Kişineu tərəfindən Rusiya əleyhinə təxribatın hazırlandığını iddia edib.
APA xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin “Telegram” kanalında yayılan bəyanatda bildirilib.
“Səfirliyə yaxın günlərdə Rusiya-Moldova münasibətlərinin kəskin pisləşməsinə yönəlmiş antirusiya xarakterli təxribatın hazırlanması barədə məlumat daxil olub. Bu cür ssenarilərin riskləri barədə dəfələrlə xəbərdarlıq etmişik və indi xəbərdarlıqlarımız özünü doğrultmağa başlayır”, – bəyanatda qeyd olunub.
Diplomatik nümayəndəlik Moldova hakimiyyətini gərginliyi artıracaq addımlardan çəkinməyə çağırıb.
“Rəsmi Kişineunu Moldovanı Rusiya ilə qarşıdurmaya cəlb etməyə çalışanların təsiri altına düşməməyə və düşünülməmiş eskalasiya addımlarından çəkinməyə çağırırıq”, – səfirlik vurğulayıb.
Mənbə: APA · 26.11.2026, 00:50 · orijinal məqalə