Sibiqadan Qara dənizlə bağlı TƏKLİF
· 1 mənbə
Ukrayna tərəfdaşlarını Qara dənizdə gəmilərin təhlükəsizliyini gücləndirməyə çağırıb.
Modern.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa çıxışında deyib.
Onun sözlərinə görə, Kiyev təhlükəsiz gəmiçiliyin bərpası ilə bağlı təkliflər hazırlayıb və Rusiyanın bu təklifləri qəbul edəcəyinə ümid edir.
Ukrayna bu məsələdə irəliləyişə 2027-ci il yanvarın 28-29-da Tallində keçiriləcək ölkənin bərpasına dair konfransda nail olunacağını gözləyir.
Sibiqa, həmçinin Qara dənizdə gərginliyin azaldılması istiqamətində göstərdikləri səylərə görə Türkiyə, Misir və Hindistana təşəkkür edib.
Mənbə: Modern.az · 29.11.2026, 22:33 · orijinal məqalə
Bu barədə kim yazır
Modern.az
Sibiqadan Qara dənizlə bağlı TƏKLİF