Valideynlər məktəbdə baş vermiş hadisədən narahatdırlar - VİDEO
· 1 mənbə
Orta məktəbin mühafizə hasarının bir hissəsi uçub. Uçan ağır betonlardan bir neçəsi idman qurğularının, qaz borusunun üzərinə düşüb.
Xezerxeber.az xəbər verir ki, şəhərin energetiklər yaşayış massivində yerləşən təhsil ocağının hasarının təhlükə saçan vəziyyəti valideynləri daha çox narahat edir. Onlar bildirir ki, ərazidə azyaşlı uşaqlar futbol oynayır, həmçinin həmin hissədən keçib gedirlər. Betonların bir hissəsi aşıb yerə düşsə də idman qurğularının üzərində qalıb təhlükə saçanlar da var.
Mənbə: Xəzər Xəbər · 29.11.2026, 22:30 · orijinal məqalə