MM-də hansı məsələlər müzakirə olunub? - VİDEO

· 1 mənbə

Aliment ödənişinin 18 yaşdan sonra da davam etməsi təklif olunub.

Xezerxeber.az xəbər verir ki, bunu deputat Məlahət İbrahimqızı Milli Məclisin bugünkü plenar iclasında səsləndirib. Hazırda uşaq 18 yaşına çatanda məhkəmə qaydasında tutulan alimentə, bir qayda olaraq, xitam verilir.

Deputat təklif edir ki, övlad ali məktəbdə oxuyursa, ödəniş təhsil başa çatanadək davam etsin.

Plenar iclasda "Dövlət rüsumu haqqında" qanuna təklif olunan dəyişikliklər də diqqət çəkib. Layihəyə görə, məhkəməyə müraciət edən şəxslər bəzi hallarda daha az rüsum ödəyə bilərlər. Məsələn, şəxs məhkəmə qərarında göstərilən borcun yalnız bir hissəsi ilə razılaşmırsa, şikayət üçün rüsum həmin hissəyə görə hesablanacaq. Məhkəmə əmri üçün ərizə verənlərin ödədiyi rüsumun da azaldılması təklif olunur.

Mənbə: Xəzər Xəbər · 27.11.2026, 21:00 · orijinal məqalə

Bu barədə kim yazır

Xəzər Xəbər saytında oxu