Moskvada Türkiyə səfirliyinin binasında yanğın olub
· 7 mənbə
Moskvanın mərkəzində, Xamovniki rayonundakı 7-ci Rostov döngəsində yerləşən Türkiyə səfirliyinin binasında yanğın baş verib.
APA xəbər verir ki, Rusiya mətbuatında yayılan məlumata görə, yanğın diplomatik nümayəndəliyin ikinci mərtəbəsində, əməkdaşların yaşadığı mənzillərdən birində başlayıb. Otaqlardan birində mebel yanıb.
Yanğın operativ şəkildə söndürülüb, binadan 20 nəfər təxliyə olunub.
Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı barədə məlumat verilməyib.
Mənbə: APA · 29.11.2026, 20:18 · orijinal məqalə
Bu barədə kim yazır
Qafqazinfo
Türkiyənin Moskvadakı səfirliyində yanğın