Narkotik istintaqında gözlər bu üç məşhurda idi
· 1 mənbə
Türkiyədə məşhur müğənni Özcan Deniz, aktrisa Deniz Çakır və Burcu Özberkin narkotik testlərinin nəticələri açıqlanıb.
Publika.az xəbər verir ki, Türkiyə mətbuatının yazdığına görə, İstanbulda məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində saxlanılan şəxslərdən götürülmüş nümunələrin Adli Tibb Qurumunda araşdırılması nəticəsində adıçəkilən üç şəxsin analizləri mənfi olub.
Ümumilikdə 21 şübhəlidən analiz nümunələri götürülüb. Onlardan 16-sının nəticəsi açıqlanıb. Deniz Sözen, Ufuk Gündoğdu və Mehmet Can Karcının testlərində narkotik maddə aşkarlanıb. Cansu Taşkından götürülən nümunələrdə isə kodein maddəsi müəyyən edilib. Digər 12 nəfərin nəticəsi mənfi olub.
Xatırladaq ki, İstanbul Baş Prokurorluğunun məşhurlara qarşı apardığı araşdırma çərçivəsində 35 nəfər barəsində saxlanılma qərarı verilib. Onlardan 24-ü saxlanılıb. Şübhəlilərin bir qismi məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb, müğənni Ceylan Kaya isə həbs edilib.
Mənbə: Publika.az · 28.11.2026, 01:20 · orijinal məqalə