Polşa ABŞ-nin “Palantir” şirkəti ilə 300 milyon dollarlıq müdafiə müqaviləsi imzalayıb
· 1 mənbə
Bakı. Trend:
Polşanın Müdafiə Nazirliyi ABŞ-nin “Palantir Technologies Inc.” texnologiya şirkəti ilə saziş imzalayıb.
Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Bildirilib ki, söhbət “Palantir”in süni intellekt əsaslı “Maven Smart System” proqram təminatının alınmasından gedir. Bu sistemlərdən artıq ABŞ Silahlı Qüvvələri və bir sıra digər NATO ölkələri döyüş şəraitində məlumatların toplanması və təhlili üçün istifadə edirlər.
Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamışın sözlərinə görə, beşillik müqavilənin dəyəri təxminən 300 milyon dollar qiymətləndirilir.
Mənbə: Trend · 28.11.2026, 01:11 · orijinal məqalə