Ömrü uzadır, ölüm riskini 28 faizə qədər azaldır
· 1 mənbə
“Paxlalılar qida maddələri ilə ən zəngin məhsullardan biridir”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə dietoloq Tereza Delorenso “Real Simple” nəşrinə müsahibəsində bildirib.
Mütəxəssis uzunömürlülük üçün ən faydalı məhsul kimi soya lobyasını fərqləndirsə də, özünün ən çox noxuda üstünlük verdiyini deyib:
“Soya həm həll olan, həm də həll olmayan liflərin əla mənbəyidir. Həll olan liflər ürək xəstəlikləri və diabetin qarşısını almağa kömək edir, həll olmayanlar isə həzmi yaxşılaşdırır”.
Dietoloq əlavə edib ki, bu məhsulun tərkibində digər paxlalılara nisbətən daha çox izoflavon var.
Onun sözlərinə görə, həmin maddələr menopauza əlamətlərini yüngülləşdirir, eləcə də sümüklərin və ürək-damar sisteminin sağlamlığını qoruyur.
Delorenso təxminən 10 il davam edən tədqiqatın nəticələrini də diqqətə çatdırıb.
Araşdırma göstərib ki, soya və izoflavonların müntəzəm qəbulu ölüm riskinin azalması ilə birbaşa bağlıdır.
Belə ki, soyadan daha çox istifadə edən qruplarda ölüm riski bu məhsulu ən az yeyənlərlə müqayisədə təxminən 24–28 faiz aşağı olub.
Mənbə: Qafqazinfo · 28.11.2026, 01:14 · orijinal məqalə