Zelenski Ukraynanın Liviyadakı əməliyyatının tərəfdaşlarla razılaşdırılmadığını etiraf edib

· 1 mənbə

Ukraynanın Liviya sahillərində Rusiya hərbi gəmisinə qarşı keçirdiyi əməliyyat Avropa tərəfdaşları ilə əvvəlcədən razılaşdırılmayıb.

APA xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski İtaliyanın Baş naziri Ciorcia Meloni ilə telefon danışığı zamanı təsdiqləyib.

Məlumata görə, Zelenski iki ölkənin müvafiq qurumları arasında məlumat mübadiləsinin və müntəzəm əlaqələrin təmin ediləcəyini bildirib.

Beləliklə, o, daha əvvəl Ukrayna qüvvələrinin tərəfdaşlarla razılaşdırmadan zərbə endirmədiyi barədə açıqlamasını faktiki olaraq təkzib edib.

Mənbə: APA · 28.11.2026, 01:14 · orijinal məqalə

Bu barədə kim yazır

APA saytında oxu