Rusiyadakı toyda Aygün Kazımovadan gözlənilməz hərəkət

· 1 mənbə

Xalq artisti Aygün Kazımova Rusiyada keçirilən toy məclislərindən birində etdiyi jestlə diqqət çəkib.

Publika.az xəbər verir ki, sənətçinin iştirak etdiyi məclisdə qonaqlar onu pul yağışına tutublar. Kazımova səhnədə çıxış edərkən ona müxtəlif əsginaslar uzadılıb. Sənətçi isə ona verilən pullara reaksiyası maraq doğurub. Belə ki, Aygün Kazımova qonaqların verdiyi bütün pulları gəlinin başından aşağı səpib.

Onun bu jesti lentə alınıb və sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub.

Mənbə: Publika.az · 27.11.2026, 16:00 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az saytında oxu