UEFA reytinqi: Azərbaycan 24-cü pillədə qalıb
· 1 mənbə
Azərbaycan UEFA reytinqində həftəni 24-cü pillədə bitirib.
"Report"un məlumatına görə, bu, UEFA Avropa Liqasının əsas mərhələsinin V turunun oyunlarından sonra bəlli olub.
İsrailin "Hapoel" (Beer-Şeva) klubu Gürcüstanda Türkiyə təmsilçisi "Beşiktaş"a 1:2 hesabı ilə uduzub. Bu nəticədən sonra İsrailin Azərbaycanı keçə bilməyəcəyi dəqiqləşib.
Azərbaycan 24.187 əmsalla 24-cü, İsrail 24.125 əmsalla 25-ci yerdədir. 23-cü sırada Ukrayna (24.837) yer alıb.
UEFA reytinqində İngiltərə (109.227) birinci pillədə qərarlaşıb.
Xatırladaq ki, Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi "Sabah" komandasıdır. Bakı klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda Bakıda İspaniyanın "Barselona" klubuna uduzub - 1:4.
Mənbə: Report · 27.11.2026, 09:19 · orijinal məqalə