Tramp ABŞ-nin Avropadakı hərbi mövcudluğunun müzakirə edildiyini bildirib

· 2 mənbə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rutte ilə görüşdə Birləşmiş Ştatların Avropadakı hərbi mövcudluğunun davam etdirilməsi məsələsini ətraflı müzakirə etdiklərini bildirib.

Bu barədə Tramp Florida ştatındakı Mar-a-Lago malikanəsində jurnalistin görüş zamanı həmin məsələnin müzakirə olunub-olunmadığı ilə bağlı sualını cavablandırarkən deyib.

“Biz bunu ətraflı müzakirə etdik”, – deyə o bildirib.

ABŞ-nin Avropadakı hərbi mövcudluğunun azaldılması ehtimalına münasibət bildirən Tramp NATO müttəfiqlərinin İranla münaqişə zamanı Vaşinqtona “çox kömək etmədiklərini” qeyd edib.

O, həmçinin “Amma biz Qrenlandiyanı əldə etdik. Bu, Texasdan üç dəfə böyükdür. Açığı, bu, fikrimi bir qədər dəyişdi”, – deyə əlavə edib.

Qeyd edək ki, sentyabr ayında Tramp, Danimarkanın Baş naziri Mette Frederiksen və Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen Arktika adasının təhlükəsizliyinə görə məsuliyyətin Vaşinqtona ötürülməsini nəzərdə tutan müqavilə imzalayıblar. Qrenlandiya Danimarkanın muxtar ərazisidir.

ABŞ administrasiyası əvvəlcə dekabr ayına planlaşdırılan Avropadakı hərbi mövcudluğun nəzərdən keçirilməsinin nəticələrinin açıqlanmasını gələn ilədək təxirə salıb.

Mənbə: Trend · 27.11.2026, 07:32 · orijinal məqalə

Bu barədə kim yazır

Trend saytında oxu