Ukrayna ərazi güzəştləri etmədən Rusiya ilə sülhə nail ola bilməz - AfD lideri

· 1 mənbə

Bakı. Trend:

Ukraynanın ərazi güzəştləri etmədən Rusiya ilə sülh müqaviləsi imzalaması mümkün deyil.

Bunu Almaniya naminə Alternativ (AfD) Partiyasının həmsədri Alis Vaydel “Die Welt” qəzetinin podkastında bildirib.

Onun sözlərinə görə, Ukraynanın Rusiyanın öz ərazisi hesab etdiyi və rusdilli əhalinin yaşadığı ərazilərdən çıxmadan sülh müqaviləsinin bağlanacağını düşünmək “tamamilə illüziyadır".

“Ruslar özləri ilə NATO arasında təhlükəsizlik dəhlizi yaratmaq istəyirlər. Onlar başqa heç nə ilə razılaşmayacaqlar”, – deyə Vaydel bildirib.

O, həmçinin Ukraynanın “faktiki olaraq müharibəni uduzduğu” fikri ilə razılaşdığını qeyd edib. Vaydelin sözlərinə görə, 2022-ci ildə İstanbul memorandumunda Kiyev üçün indiki şərtlərdən daha əlverişli şərtlər nəzərdə tutulmuşdu.

Mənbə: Trend · 27.11.2026, 20:56 · orijinal məqalə

Bu barədə kim yazır

Trend saytında oxu