"Vilyarreal"ın futbolçusu Natan Saliba "Sabah"la oyunu buraxacaq
· 2 mənbə
“Vilyarreal”ın futbolçusu Natan Saliba UEFA Çempionlar Liqasının liqa mərhələsində “Sabah”la oyunu buraxacaq.
Publika.az xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.
Buna ötən həftə məşq zamanı müdafiəçinin sol topuq bağlarının zədələnməsi səbəb olub.
Salibanın Madriddə əməliyyat olunacağı bildirilib.
“Vilyarreal” – “Sabah” matçı dekabrın 8-də, İspaniyadakı “Estadio de la Ceramica” stadionunda, saat 21:45-də start götürəcək.
Publika.az
Mənbə: Publika.az · 24.11.2026, 17:18 · orijinal məqalə