102 yaşında səs verdi

· 1 mənbə

Qazaxıstanın Qızılorda vilayətinin Janakorgan rayonunda 102 yaşlı Tajben İsabekova məsləhət deputatlarının seçkilərində iştirak edib.

Publika.az Kazinform agentliyinə istinadla xəbər verir ki, uzunömürlü qadın evində səs verib, daha sonra xalqa əmin-amanlıq və firavanlıq arzulayaraq xeyir-dua verib.

“Ölkəmiz təhlükəsizlik içində, xalqımız isə sülh və əmin-amanlıq şəraitində yaşasın”, - deyə Tajben İsabekova bildirib.

Xatırladaq ki, bu gün Qazaxıstanda bütün səviyyələrdə məsləhət deputatlarının növbədənkənar seçkiləri keçirilir. Ölkə üzrə 228 məsləhətə ümumilikdə 3447 deputat seçiləcək.

Mənbə: Publika.az · 29.11.2026, 11:15 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az 102 yaşında səs verdi

Publika.az saytında oxu