“Elkaz Ventures”in nizamnamə kapitalı 1 000 dəfə azalıb

· 1 mənbə

“Elkaz Ventures” MMC nizamnamə kapitalını 50 000 manatdan 50 manata azaldıb. Bununla da şirkətin nizamnamə kapitalı 1 000 dəfə azalıb.

Banker.az xəbər verir ki, kreditorlar kapitalın azaldılması ilə bağlı tələblərini bir ay ərzində AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 175, giriş 3, mənzil 2 ünvanına bildirə bilərlər.

“Elkaz Ventures” daşınmaz əmlak üzrə məsləhət və Bakıda biznes qurmaq istəyənlərə dəstək xidmətləri təklif edir.

Mənbə: Banker.az · 24.11.2026, 14:28 · orijinal məqalə

Bu barədə kim yazır

Banker.az saytında oxu