“Kainat gözəli” 100 kilo olub: Bir ildə 30 kilodan çox arıqlayıb

· 1 mənbə

“Kainat gözəli” müsabiqəsinin qalibi Cennifer Barretonun gözəllik yarışından bir il əvvəlki çəkisi diqqət çəkib.

Publika.az xəbər verir ki, “Hindustan Times”ın məlumatına görə, Puerto-Rikodan olan 27 yaşlı model bir il öncə 100 kiloqram çəkidə olub.

O, cəmi bir il ərzində 30 kiloqramdan çox çəki atıb. Model arıqlamaq üçün mütəmadi idmanla məşğul olduğunu və qidalanmasına diqqət yetirdiyini bildirib.

“Sevdiyim yeməkləri özümə qadağan etməməyə çalışırdım. Bu, mənim üçün cəza yox, intizam və özümü rahat hiss etdiyim vəziyyətə çatmağın yolu idi. Əsas odur ki, biz qadınlar olduğumuz kimi özümüzü rahat hiss edək”, - deyə Barreto bildirib.

Müəllif: Roza

Mənbə: Publika.az · 25.11.2026, 17:54 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az saytında oxu