Makler qaçıb gizləndiyindən evindən də oldu, pulundan da... - VİDEO
· 1 mənbə
İddialara aydınlıq gətirmək üçün Zabutay Hüseynovla əlaqə saxladıq. Zənglərimizə cavab vermədi. Hazırda Xankəndidə olduğunu deyən digər makler Ayaz İsmayılov isə şərikindən fərqli olaraq danışdı.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli "Xəzər Xəbər"ə bildirdi ki, vətəndaşın ev alqı-satqısı zamanı aldadılaraq pul vəsaitinin ələ keçirilməsi ilə bağlı polisə müraciəti daxil olub. Müraciət əsasında maddi və digər sübutlar toplanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq hərəkətləri davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Mənbə: Xəzər Xəbər · 23.11.2026, 21:20 · orijinal məqalə