Binanın bir bloku istiliksiz qalıb - Səbəb nədir?/VİDEO
· 1 mənbə
Bakının Xətai rayonu, Gəncə prospekti, 25 ünvanında yerləşən binaya istilik verilsə də, bir blokun sakinləri dörd ildir ki, istilik üzünə həsrətdir.
Xezerxeber.az-ın məlumatına görə, həmin binanın 99 -cu mənzilinin sahibi Vüsal Sadıxov iddia edir ki, illərdir “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə pul ödəsə də, mənzilinə istilik verilmir.
Vətəndaşın sözlərinə görə, dəfələrlə aidiyyəti qurumun qaynar xəttinə müraciət edib, lakin şikayətinə baxan olmayıb. Amma illərdir istiliklə təmin olunmadığı halda, ondan ödəniş tələb edilir.
Mənbə: Xəzər Xəbər · 26.11.2026, 19:36 · orijinal məqalə