“Interium”: Funksional interyer müştərinin ehtiyaclarını anlamaqla başlayır

· 1 mənbə

Memarlıq, dizayn, tikinti və təmir şirkəti olan “İnterium” yaşayış və kommersiya məkanları üçün interyer dizayn xidmətini ödənişsiz ölçü və ilkin konsultasiya ilə təqdim edir. İlk görüşdə müştərinin zövqü, həyat tərzi və məkanla bağlı gözləntiləri öyrənilərək layihənin əsas istiqaməti müəyyənləşdirilir.

Məkanın uğurlu dizaynı onun istifadəçilərinin ehtiyaclarını düzgün anlamaqdan başlayır. “Interium” MMC yaşayış və kommersiya məkanları üçün interyer dizaynı xidmətinə başlamazdan əvvəl məkanın ölçülərini götürür, müştərinin istək və gözləntilərini öyrənir. Ölçü və ilkin konsultasiya xidməti ödənişsiz təqdim olunur.

İlkin görüş zamanı müştəri üstünlük verdiyi üslub, məkanın istifadə məqsədi və gündəlik rahatlığı üçün vacib hesab etdiyi detallar barədə komanda ilə fikir mübadiləsi aparır. Əldə olunan məlumatlar layihənin əsasını təşkil edir və məkanın planlaşdırılmasından mebelin yerləşdirilməsinə, interyerin ümumi konsepsiyasından funksional həllərə qədər bütün mərhələlərdə nəzərə alınır.

Təcrübəli dizaynerlər hər bir layihəyə fərdi yanaşaraq estetik görünüşlə funksionallıq arasında balans yaratmağa çalışırlar. Hazırlanan dizayn həlləri müştərinin istəkləri, məkanın xüsusiyyətləri və istifadə məqsədi nəzərə alınmaqla formalaşdırılır.

Qeyd edək ki, şirkətin həyata keçirdiyi layihələrlə rəsmi internet səhifəsində tanış olmaq mümkündür.

Onu da əlavə edək ki, “İnterium” yaşayış və kommersiya məkanları üçün kompleks xidmətlər təqdim edir. Şirkətin fəaliyyət istiqamətlərinə memarlıq, layihələndirmə, interyer və eksteryer dizaynı, təmir-tikinti işləri, eləcə də fərdi mebel istehsalı daxildir.

Bu xidmətlərin vahid komanda çərçivəsində təqdim edilməsi layihənin bütün mərhələlərinin əlaqəli və sistemli şəkildə idarə olunmasına imkan verir.

Mənbə: Qafqazinfo · 26.11.2026, 19:45 · orijinal məqalə

Bu barədə kim yazır

Qafqazinfo saytında oxu