Tramp Rutte ilə nədən danışdı?
· 1 mənbə
ABŞ Prezidenti Donald Tramp NATO-nun Baş katibi Mark Rutte ilə Rusiya və Ukrayna arasında münaqişənin genişlənməsinin qarşısının alınması məsələsini müzakirə edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “Truth Social” hesabında paylaşım edib.
Tramp bildirib ki, tərəflər Rusiya və Ukraynanın münaqişənin genişlənməsinə səbəb ola biləcək hərəkətlərdən çəkinməsinin vacibliyini vurğulayıblar:
“Müharibənin mümkün qədər tez sülh yolu ilə həllinin vacibliyini ətraflı müzakirə etdik”.
Kremlin sözçüsü Dmitri Peskov isə Tramp və Ruttenin çağırışlarına münasibət bildirərək Rusiyanın münaqişənin eskalasiyasında maraqlı olmadığını deyib və Kiyevin addımlarını potensial təhlükəli adlandırıb.
Qeyd edək ki, Tramp və Ruttenin görüşü noyabrın 25-də Florida ştatında baş tutub. Görüşdə Ukrayna münaqişəsinin nizamlanması istiqamətində atılacaq növbəti addımlar, Vaşinqtonun Moskva ilə təmasları və İranla münaqişə müzakirə olunub. Tərəflər, həmçinin ABŞ və NATO ölkələrinin müdafiə xərclərinin, eləcə də hərbi sənaye sahəsinə investisiyaların artırılmasının vacibliyini vurğulayıblar.
Mənbə: Qafqazinfo · 26.11.2026, 19:47 · orijinal məqalə