Ermənistanın dövlət rəmzləri dəyişir?
· 1 mənbə
Baş nazirin sözlərinə görə, ölkənin yeni Konstitusiya layihəsində dövlət rəmzlərinin referendum çərçivəsində qəbul ediləcək ayrıca qanunla müəyyənləşdirilməsi nəzərdə tutulur. O bildirib ki, hazırda hakimiyyətin dövlət rəmzlərinin dəyişdirilməsi ilə bağlı konkret təklifləri yoxdur. “Vətəndaşlar özlərinə hansı bayrağı, gerbi və ya himni məxsus hesab etdiklərinə özləri qərar verməlidirlər”, - deyə Paşinyan vurğulayıb. Hökumət başçısı əlavə edib ki, vətəndaşlar mövcud dövlət rəmzlərinin saxlanılmasını dəstəkləsələr, heç bir dəyişiklik edilməyəcək.
Mənbə: Xəzər Xəbər · 26.11.2026, 19:20 · orijinal məqalə
Bu barədə kim yazır
Xəzər Xəbər
Ermənistanın dövlət rəmzləri dəyişir?